Ermənistan AES-də yoxlama aparılacaq

Ermənistan AES-də yoxlama aparılacaq Bakı. 5 sentyabr. REPORT.AZ/ Ermənistan Dövlət Nəzarət Xidməti ali təhsil, energetika müəssisələrində, Atom Elektrik Stansiyasında (AES) yoxlama aparacaq.
Region
5 Sentyabr , 2018 17:42
Ermənistan AES-də yoxlama aparılacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ermənistan Dövlət Nəzarət Xidməti ali təhsil, energetika müəssisələrində, Atom Elektrik Stansiyasında (AES) yoxlama aparacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu sentyabrın 5-də Xidmətin başçısı David Sanasaryan bildirib.

Onun sözlərinə görə, Ermənistan Aqrar Universitetində aparılan ilkin yoxlama nəticəsində çoxsaylı pozuntular aşkarlanıb: “Əmək haqlarının verilməsində pozuntular, dövlət vəsaitinin məqsədsiz sərf edilməsi aşkarlanıb, Aqrar Universiteti və heyvandarlıq təsərrüfatında vəziyyət qaneedici deyil”.

O, yoxlamaların davam etdiyini bildirib.  

Son xəbərlər

Orphus sistemi