Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası olacaq

Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası olacaq Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında Gümrüdəki hərbi bazada vəziyyətlə bağlı etiraz aksiyası keçiriləcək.
Region
24 Dekabr , 2018 15:09
Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası olacaq

Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında Gümrüdəki hərbi bazada vəziyyətlə bağlı etiraz aksiyası keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya dekabrın 25-də olacaq.

Bildirilib ki, Rusiyanın 102 saylı hərbi bazası hərbçilərinin nizamnaməni pozaraq Ermənistan vətəndaşlarının təhlükəsizliyini təhdid etməsi etiraz tədbirinin keçirilməsinə səbəb olub.

Toplanan imzalar aksiya zamanı Rusiyanın Ermənistandakı səfirinə təqdim ediləcək. Etiraz mitinqində Ermənistandakı hakimiyyətin ünvanına da tənqidi fikirlərin səslənəcəyi bildirilib.

Qeyd edək ki, dekabrın 2-də Rusiyanın 102 saylı hərbi bazasının 23 yaşlı hərbçisi 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Hazırda o, bu bazanın ərazisində saxlanılır. Cülyetta Qukasyanın hüquqi varisi hərbçinin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edib. 

Son xəbərlər

Orphus sistemi