Erməni terrorçusu ölüb

Erməni terrorçusu ölüb O, 1983-cü il yanvarın 22-də Parisdə “Turkish Airlines”ın ofisinə qrup şəklində hücumda iştirak edib
Region
918
11 Sentyabr , 2020 10:36
Erməni terrorçusu ölüb

Erməni terror təşkilatı ASALA-nın üzvü Abraam Tovmasyan Livanda avtomobil qəzasında ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ASALA yayıb.

A.Tovmasyan təşkilata 1980-ci illərin əvvəllərində qoşulub. Avropada ASALA-nın terrorçu bazalarından birində təlim keçib.

O, 1983-cü il yanvarın 22-də Parisdə “Turkish Airlines”ın ofisinə qrup şəklində hücumda iştirak edib. 1985-ci ildə Livana qayıdıb. Terrorçunun ölümü ilə bağlı Ermənistanda matəm mərasimi keçiriləcək. 

Orphus sistemi