Erməni separatçısının Cenevrə sərgüzəştləri uğursuzluğa düçar olub

Erməni separatçısının Cenevrə sərgüzəştləri uğursuzluğa düçar olub Azərbaycan Respublikası ərazisində mövcudluğuna son qoyulmuş keçmiş separatçı rejimin nümayəndələri indi də Ermənistanın QHT-ləri tərkibində Avropada qanunsuz təcrübələrinin təbliğatına cəhd göstərməyə çalışırlar.
Region
14 noyabr 2023 18:34
Erməni separatçısının Cenevrə sərgüzəştləri uğursuzluğa düçar olub

Azərbaycan Respublikası ərazisində mövcudluğuna son qoyulmuş keçmiş separatçı rejimin nümayəndələri indi də Ermənistanın QHT-ləri tərkibində Avropada qanunsuz təcrübələrinin təbliğatına cəhd göstərməyə çalışırlar.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu dəfə özünü keçmiş “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryan “Ermənistanın Şəfqət Cəmiyyəti” qeyri-hökumət təşkilatının tərkibində BMT-nin Cenevrə Ofisində Azərbaycanla bağlı Universal Dövri İcmal üzrə işçi qrupunun iclasında iştirak etsə də, iddialarının əksinə ona çıxış üçün söz verilməyib.

Bu uğursuzluqdan sonra, Artak Beqlaryanın iştirakı ilə Cenevrədə “Artsax”ın bərpasına aparan yol: Azərbaycanın məsuliyyətə cəlb olunması” adlı tədbir təşkil ediləcəyi barədə xəbərlər yayılıb.

Lakin sonra məlum olub ki, 6-7 nəfərdən və bir ölkədən (Ermənistandan) başqa tədbirə heç kim qatılmayıb.

Bununla da, bölgədəki reallıqları təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmağa hesablanan, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan "blokada" və "soyqırımı" iddialarını yaymaq məqsədi daşıyan növbəti "tədbir" fiaskoya uğrayıb.

Son xəbərlər

Orphus sistemi