Bakı. 26 yanvar. REPORT.AZ/ Erməni qartalları: Vahid Ermənistan Partiyası sədrinin müavini Mqer Yeqizaryan yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun səhhəti pisləşib, həkim çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbi araşdırılır.
Mqer Yeqizaryan “dələduzluq” maddəsi ilə mühakimə olunub.
O həm də haynews.am saytının məsul nümayəndəsi imiş. Yeqizarya Ermənistan vətəndaşlarının, eləcə də hərbçilərin müxtəlif problemlərini həll etmək adı ilə onları aldadaraq iri məbləğdə pul alıb.