Erməni qadın: Paşinyan, sənin oğlun kimi, mənimki də sağ olmalı idi

Erməni qadın: Paşinyan, sənin oğlun kimi, mənimki də sağ olmalı idi Ermənistanın paytaxtı Yerevanda matəm yürüşü zamanı oğullarını müharibədə itirmiş analardan biri baş nazir Nikolu Paşinyana iradlarını bildirib.
Region
1755
20 Dekabr , 2020 01:59
Erməni qadın: Paşinyan, sənin oğlun kimi, mənimki də sağ olmalı idi
Nikol Paşinyan

Ermənistanın paytaxtı Yerevanda ötən gün keçirilən matəm yürüşü zamanı oğullarını müharibədə itirmiş analardan biri baş nazir Nikol Paşinyana iradlarını bildirib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

“Sən niyə mənim yeganə oğlumu aldın? Mənim yuvam dağılıb. Mən səndən xahiş edirəm, məni qəbul et. Nikol, mənim oğlum, səninki kimi, burada olmalı idi, amma o qəbirdədir", - qadın deyib.

Həlak olmuş hərbi qulluqçunun anası Paşinyana xəbərdarlıq edərək bildirib ki, əgər baş nazir onu qəbul etməsə, qadın intihar edəcək.

"O mənim yeganə övladım idi. Mənim hətta evim də yoxdur, mən hər şeyi itirdim: övladımı və evimi", - o deyib.

Paşinyan qadına heç bir cavab verməyib.

Son xəbərlər

Orphus sistemi