Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb

Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan erməni icması Serj Sarqsyanın Ermənistanın baş naziri seçilməsinə etiraz olaraq aksiya keçirib.
Region
20 Aprel , 2018 11:51
Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan erməni icması Serj Sarqsyanın Ermənistanın baş naziri seçilməsinə etiraz olaraq aksiya keçirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, nümayiş iştirakçıları S.Sarqsyanın istefa verməsini və hakimiyyəti başqa şəxsə təhvil verməsini tələb ediblər.

Onlar S.Sarqsyan əleyhinə şüarlar səsləndiriblər.  

Erməni lobbisinin təmsilçiləri Ermənistan polisini Yerevanda keçirilən aksiya iştirakçılarına zor tətbiq etməməyə çağırıblar. Kaliforniyadakı erməni icmasının nümayəndələri ABŞ ərazisində etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Ermənistanın Rusiyadakı səfirliyinin binası qarşısında da S.Sarqsyanın baş nazir olmasına qarşı aksiya keçirilib. 

Son xəbərlər

Orphus sistemi