Erməni hüquq müdafiəçisi: “Yüksək vəzifəli məmurlar övladlarını hərbi xidmətdən yayındırır”

Erməni hüquq müdafiəçisi: “Yüksək vəzifəli məmurlar övladlarını hərbi xidmətdən yayındırır” Artur Sakunts: “Səhhətində problem olan çağırşıçılara hüquqi normalar əsasında deyil, siyasi maraqlar baxımından yanaşırlar”
Region
4 İyul , 2017 12:10
Erməni hüquq müdafiəçisi: “Yüksək vəzifəli məmurlar övladlarını hərbi xidmətdən yayındırır”

Bakı. 4 iyul. REPORT.AZ/ “Sıravi xidmətə yarasız məmur övladlarının ordu sıralarına çağırılması utandırıcı qanun pozuntusudur”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin hüquq müdafiəçisi Artur Sakunts Ermənistan müdafiə naziri Vigen Sarkisyanın “sıravi xidmətə yarasız məmur övladları da ordu sıralarında qulluq etməyə üstünlük verir” bəyanatına münasibət bildirərkən deyib.

“Bu bəyanat günahlarını gizlətmək üçün özünümüdafiə xarakteri daşıyır. Bu o deməkdir ki, səhhətində problem olan çağırşıçılara hüquqi normalar əsasında deyil, siyasi maraqlar baxımından yanaşırlar. Əslində, biz onu da bilirik ki, yüksək vəzifəli məmurlar müxtəlif bəhanələrlə övladlarını hərbi xidmətdən yayındırırlar. Ölən və yaralanan əsgərlər isə sosial cəhətdən aztəminatlı ailələrin övladlarıdır. Rəsmi şəxslərin oğulları hərbi xidmətdən yayınır. Bu amillər dövlətə və hərbi xidmətə etimadı azaldır. Müdafiə naziri isə bu kimi halların qarşısının alınmasındansa, belə məsələlərə aid olmayan gündəlik təklif edir”, -deyə Sakunts vurğulayıb.

Son xəbərlər

Orphus sistemi