Erməni hidrometeoroloq: “Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik qeydə alına bilər”

Erməni hidrometeoroloq: “Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik qeydə alına bilər” Avqustun 4-8-də Ararat vadisində, Yerevanda gündüz 39-41 dərəcə istilik olacağı gözlənilir
Region
4 Avqust , 2017 20:03
Erməni hidrometeoroloq: “Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik qeydə alına bilər”

Bakı. 4 avqust. REPORT.AZ/ “Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik qeydə alına bilər”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Hidrometeorologiya Mərkəzinin Meteoroloji proqnozlar bölməsinin rəisi Qaqik Surenyan “Facebook” səhifəsində ölkə əhalisinə müraciətində yazıb.

“Xahiş edirəm ki, mənə termometrlərin +50, +55, +60 dərəcəni, günəş altında maşınlarının qaynatmasını əks etdirən fotolarını göndərməyin. Havanın temperaturu kölgədə ölçülür. Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik də qeydə alına bilər”.

Məlumata görə, avqustun 4-8-də Ararat vadisində, Yerevanda gündüz 39-41 dərəcə istilik olacağı gözlənilir. Bu günlərdə havanın temperaturunun normadan 5-6 dərəcə çox olacağı ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi