Erməni deputat: “Proseslər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər”

Erməni deputat: “Proseslər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər” “Hadisələr çox sürətlə inkişaf edir, bu istefa açıq şəkildə geosiyasi kontekst ehtiva edir. Armen Sarkisyan bir neçə gün əvvəl 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BƏƏ-dən maliyyə alıb və bunun başlanğıc olduğu bildirilib”.
Region
24 Yanvar , 2022 06:06
Erməni deputat: “Proseslər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər”
Artur Kazinyan

“Hadisələr çox sürətlə inkişaf edir, bu istefa açıq şəkildə geosiyasi kontekst ehtiva edir. Armen Sarkisyan bir neçə gün əvvəl 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BƏƏ-dən maliyyə alıb və bunun başlanğıc olduğu bildirilib”.

“Report” xəbər verir ki, bunları Ermənistan parlamenti fraksiyasının deputatı Artur Kazinyan özünün feysbukdakı səhifəsində yazıb.

“Niyə indi, bazar gecəsi..? Bir şey şübhəsizdir - Ermənistanda siyasi reallıqlar dəyişib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər.

Biz ayıq-sayıq və tədbirli olmalıyıq. Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi qaldırılıb”, - Kazinyan sosial şəbəkədə yazıb.

Son xəbərlər

Orphus sistemi