Bakı. 12 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin Bakıda görüşüb.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Xəbərə görə, görüş bağlı qapılar arxasında keçirilib və mətbuat üçün qapalı olub.
Görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, prezidentin köməkçisi Yuri Uşakov, "Rosatom"un başçısı Sergey Kiriyenko, "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller iştirak edib.
Türkiyə prezidentini isə danışıqlarda müdafiə naziri İsmət Yılmaz, mədəniyyət və turizm naziri Ömər Çelik, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, sabiq nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım müşayiət edib.
Danışıqlarda "Türk axını", Mersin Akkuyu Atom Elektrik Stansiyası kimi layihələr, iqtisadi əlaqələr, regional və beynəlxalq problemlərin müzakirə edildiyi ehtimal olunur.
Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin "