Ərdoğanla Meloni görüşmək istədiklərini bildiriblər

Ərdoğanla Meloni görüşmək istədiklərini bildiriblər İtaliyanın Baş naziri Corca Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Region
1 İyun , 2023 04:15
Ərdoğanla Meloni görüşmək istədiklərini bildiriblər

İtaliyanın Baş naziri Corca Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər yaxın zamanda görüşün mümkünlüyünə ümid etdiklərini ifadə ediblər.

“İtaliyanın Baş naziri Türkiyə Prezidentini yenidən seçilməsi münasibətilə təbrik edib. Telefon danışığı zamanı ikitərəfli əlaqələr müzakirə olunub, ümumi təhlükəsizliyin təmin edilməsində əməkdaşlığa, regional, Avropa və çoxtərəfli səviyyələrdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə hazır olduqları bildirilib”, - mətbuat xidməti qeyd edib.

Son xəbərlər

Orphus sistemi