Ərdoğan: “Zeytun budağı” əməliyyatı nəticəsində 4071 terrorçu zərərsizləşdirilib”

Ərdoğan: “Zeytun budağı” əməliyyatı nəticəsində 4071 terrorçu zərərsizləşdirilib” Bakı. 10 aprel. REPORT.AZ/ “Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 4071 terrorçu zərərsizləşdirilib”.
Region
10 Aprel , 2018 13:03
Ərdoğan: “Zeytun budağı” əməliyyatı nəticəsində 4071 terrorçu zərərsizləşdirilib”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS

Bakı. 10 aprel. REPORT.AZ/ “Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 4071 terrorçu zərərsizləşdirilib”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

O vurğulayıb ki, bu ölkədəki bütün terrorçular məhv edilənədək mübarizə davam edəcək: "İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı isə 347-yə çatıb”. 

"Şərqi Gutada və Dumada baş verən qətliamı lənətləyirəm. Bunu kimin törətməsindən asılı olamayaraq, əvəzini ağır ödəyəcək. Bu məsələ ilə bağlı görüşlərmizi davam etdiririk. Dünən (aprelin 9-da – “Report”) Rusiya Prezidenti Vladimir Putinlə bu barədə danışdıq. Bu gün və sabah da bunu davam etdirəcəyik", - R.T.Ərdoğan deyib.

Son xəbərlər

Orphus sistemi