Bakı. 20 fevral. REPORT.AZ/ "Yaxın günlərəd Afrinin mərkəzini mühasirəyə alacağıq".
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, “Zeytun budağı” əməliyatı nəticəsində 1715 terrorçu zərərsizləşdirilib: “32 şəhidmiz var. Əməliyyat ilk baxışnda yavaş irəliləyən kimi görünür. Ancaq biz ora qarşımıza çıxanı yıxıb, dağıtmaq üçün getməmişik. Addım atdığımız hər yerin təhlükəsiz bir vəziyyətə gətirilməsi çox əhəmiyətlidir. Bəlli, hazırlıqların görülməsi vaxt aparır. Qarşıdan gələn günlərdə Afrin şəhər mərkəzini mühasirəyə alacağıq. Bununla da bölgəyə xaricdən gələn yardımların qarşısını alacağıq. Türkiyənin və türk millətinin qırmızı xəttini yoxa sayanlara, lazım gələrsə alınlarının ortasında bu xəttləri göstərmək bizim borcumuzdur. Bəziləri Osmanlı şapalağının nə olduğunu soruşurlar. Onlar gedib tarixi oxusunlar. Əgər vaxtilə müharibədə iştirak edən babaları, ya da ataları varsa, onlardan soruşsunlar. Buna daha çox maraq göstərənlər isə Afrinə gəlsinlər. Bu şapalağın günahı olandan başqasına vurulmadığını soruşub öyrənə bilərlər”.