Ərdoğan: Ukrayna dünyanın diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır

Ərdoğan: Ukrayna dünyanın diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski təkbətək və heyətlərarası görüşdən sonra birgə mətbuat konfransı keçiriblər
Region
10 Aprel , 2021 22:14
Ərdoğan: Ukrayna dünyanın diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski təkbətək və heyətlərarası görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Report"un Türkiyə bürosu xəbər verir ki, Türkiyə Prezidenti deyib: "Qara dənizin sülh, sabitlik və əməkdaşlığı gücləndirəcək dəniz olması əsas hədəfimizdir".

Türkiyə rəhbəri əlavə edib ki, Ukraynanın dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməsini haqlı hesab edir.

Ukraynanın Donbas və Krımla bağlı problemlərinə toxunan Türkiyə lideri bildirib ki, mövcud böhranın bu ölkənin vahidliyi, beynəlxalq hüquq normaları və diplomatik üsullar çərçivəsində həll edilməsinin zəruriliyinə inanır.

Natiq Çıraqzadə

Son xəbərlər

Orphus sistemi