Ərdoğan: “Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcu yoxdur

Ərdoğan: “Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcu yoxdur "Bundan sonra BVF bizdən 5 milyard dollar borc istədi"
Region
27 Fevral , 2018 16:46
Ərdoğan: “Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcu yoxdur

Bakı. 27 fevral. REPORT.AZ/ “Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcu yoxdur”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdə Türkiyə-Əlcəzair Biznes Forumunda bildirib.

“2002-ci ildə Beynəlxalq Valyuta Fonduna 22,5 milyard dollar borcumuz var idi. 2013-cü ildə bunu sıfıra endirdik. Bundan sonra BVF bizdən 5 milyard dollar borc istədi. Mən də dedim verin. BFV bu məsələdə türklərin ciddi olduğunu görüb pulu almaqdan imtina etdi”, - o qeyd edib.

Ərdoğan deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollardır: "Bu, çox azdır. Yaxın illərdə bu rəqəmi 5 milyard dollara çatdırmaq, daha sonra isə bu göstəricini yüksəltmək niyyətindəyik".

Son xəbərlər

Orphus sistemi