Ərdoğan: “Türkiyəni dünyanın 10 ən güclü ölkəsindən birinə çevirəcəyik”

Ərdoğan: “Türkiyəni dünyanın 10 ən güclü ölkəsindən birinə çevirəcəyik” “Türkiyəni dünyanın iqtisadiyyatı ən güclü olan ilk 10 ölkəsi sırasına çıxarıb ümumi ortaq görüş yerinə çevirəcəyik”.
Region
308
30 Aprel , 2022 22:21
Ərdoğan: “Türkiyəni dünyanın 10 ən güclü ölkəsindən birinə çevirəcəyik”

“Türkiyəni dünyanın iqtisadiyyatı ən güclü olan ilk 10 ölkəsi sırasına çıxarıb ümumi ortaq görüş yerinə çevirəcəyik”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünənə qədər dünyanın bir çox yerlərində insanlar Türkiyənin xəritədə yerini belə bilmirdilər. Bu gün Türkiyənin yerini bilməyən və ya tanımayan çox az adama rast gəlmək olar. İndiyə qədər cəhd edilməsi mümkün olmayan hər şeyi etmişik”, - Türkiyə lideri deyib.

Dövlət başçısı qeyd edib ki, Türlkiyə gəncləri, AKP ölkənin layiq olduğu inkişaf, firavanlıq və güc səviyyəsinə çatmasına əngəl olan maneələri aradan qaldırıb.

Bir zamanlar terror və qəyyumluq mərkəzlərinin fəaliyyət göstərdiyi Türkiyə indi ən təhlükəsiz ölkələrdən birinə çevrilib.

“Biz demokratik islahatlara mane olan bütün amilləri aradan qaldırmışıq”, - Ərdoğan əlavə edib.

Son xəbərlər

Orphus sistemi