Ərdoğan: "Türkiyə və Rusiya arasında vizasız rejimə qayıtmaq lazımdır"

Ərdoğan: "Türkiyə və Rusiya arasında vizasız rejimə qayıtmaq lazımdır" "Türkiyə və Rusiya bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirməlidir"
Region
13 Noyabr , 2017 23:31
Ərdoğan: Türkiyə və Rusiya arasında vizasız rejimə qayıtmaq lazımdır

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçidə keçirilən görüşdan sonra mətbuata bəyanatla çıxış edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, iki ölkə liderinin geniş və məhdud tərkibdə danışıqları 4 saatdan çox davam edib.

Ərdoğan Türkiyə və Rusiya arasında münasibətlərin bu qədər yüksək səviyyəyə qalxmasından məmnun olduğunu bildirib.

"Əlbəttə ki, bu səviyyə bizi qane edə bilməz. Biz o fikirdəyik ki, ölkələr və xalqlar bütün istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirməli və daha sıx əməkdaşlıq etməlidirlər", - deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, tərəflər müdafiə sənayesi sahəsində birgə addımlara xüsusi əhəmiyyət verir.

Ərdoğan həmçinin Türkiyə və Rusiya arasında iqtisadi sahədə mövcud olan əlaqələrə diqqət çəkib:

"İkitərəfli əmtəə dövriyyəsinin 100 milyard dollara çatdırılmasına nail olmaq üçün ilk növbədə viza məsələsi də daxil olmaqla sahibkarların yolunda olan bütün əngəlləri aradan qaldırmaq lazımdır. Bununla əlaqədar iki ölkə arasında vizasız rejimə qayıtmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi