Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə Azərbaycana üç dəfə səfər edib

Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə Azərbaycana üç dəfə səfər edib O, ötən üç il ərzində 86 dəfə xarici ölkələrə gedib
Region
24 Avqust , 2017 18:28
Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə Azərbaycana üç dəfə səfər edib

Bakı. 24 avqust. REPORT.AZ/ Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduğu son üç ildə Azərbaycana üç dəfə səfər edib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, 2014-cü il avqustun 28-dən 2017-ci il avqustun 10-dək ötən müddət ərzində 86 dəfə xarici ölkələrdə ziyarətdə olub.

Rəcəb Tayyib Ərdoğan ən çox Avropa dövlətlərinə səfər edib. Avropanın 16 ölkəsinə 21 dəfə gedib. Britaniya, Latviya, Estoniya, Ukrayna, Sloveniya, Slovakiya, Rumıniya, Albaniya, Xorvatiya, Polşa, Belarus, Bosniya və Hersoqovinada bir dəfə, Almaniyada iki dəfə, Fransa və Belçikada isə üç dəfə səfərdə olub.

ABŞ-a beş dəfə səfər etmiş Ərdoğan Kolumbiya, Kuba, Meksika, Çili, Peru və Ekvadoru bir dəfə ziyarət edib.

Üç ildə rəsmi səfərlər çərçivəsində 4 dəfə Rusiyaya, 3 dəfə Çinə və bir dəfə, 2015-ci ildə isə İrana gedib

Türkiyə prezidenti Azərbaycan və Şimal Kipr Türk Cümhuriyyətinə üç dəfə səfər etdiyi halda Əfqanıstan, Qazaxıstan, Özbəkistan, İndonezya, Yaponya və Hindistana bir, Türkmənistana iki, Pakistana üç dəfə ziyarət edib.

Xəbərdə Rəcəb Tayyib Ərdoğanın Afrika qitəsi ölkələrinə səfəri barədə də məlumat verilib.

O, 2014-cü ildə 12 ölkəyə 12 dəfə, 2015-də 28 ölkəyə 33, 2016-da 20 ölkəyə 22 və bu il 15 ölkəyə 19 dəfə səfər edib.

Ərdoğan prezidentliyinin üç ili müddətində isə ölkə daxilində 65 əyalətə 147 dəfə səfər edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il sentyabrın 10-11-də Azərbaycana səfər edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi