Ərdoğan Türkiyə gəmilərinin bir daha Krıma girməyəcəyinə söz verib

Ərdoğan Türkiyə gəmilərinin bir daha Krıma girməyəcəyinə söz verib O, bu barədə müvafiq tapşırıq verəcəyini bildirib
Region
114
22 Noyabr , 2016 07:37
Ərdoğan Türkiyə gəmilərinin bir daha Krıma girməyəcəyinə söz verib

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Ali Radasının sədri Andrey Parubi ilə görüşüb.

“Report” xəbər verir ki, görüş zamanı onlar Türkiyə gəmilərinin qeyri-rəsmi şəkildə Sevastopol limanlarına daxil olması məsələsini müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, hətta Türkiyə gəmiləri Sevastopol limanlarına qeyri-rəsmi daxil olublarsa belə, o, gələcəkdə istənilən formatda bu cür halların təkrarlanmaması üçün göstəriş verəcək.

Parubiyanın sözlərinə görə, Türkiyə prezidenti, həmçinin Krım tatarlarına maddi və mənəvi dəstəyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi