Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb Türkiyə - Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığın əhəmiyyətinə verdiyimiz dəyərin təzahürüdür.
Region
3 Fevral , 2025 20:34
Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb

Türkiyə - Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Ankaranın verdiyi dəyərin təzahürüdür.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, Türk dünyası böyük mütəfəkkir İsmayıl Qaspiralının “dildə, əməldə, işdə əməkdaşlıq” prinsipinə böyük önəm verir.

Dövlət başçısı əməkdaşlığın inkişaf edəcəyinə ümidini ifadə edib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirləri yanvarın 29-da Ankarada görüşüblər.

Son xəbərlər

Orphus sistemi