Ərdoğan: "Türkiyə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan "yorulub"

Ərdoğan: "Türkiyə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan "yorulub" Türkiyə prezidenti bunu fransalı həmkarı ilə danışıqlardan sonra deyib
Region
5 Yanvar , 2018 21:30
Ərdoğan: Türkiyə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan yorulub

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Avropa İttifaqına (Aİ) daxil olmağa dair danışıqlardan "yorulduğunu" bildirib.

“Report” xəbər verir ki, Türkiyə prezidenti bunu fransalı həmkarı Emmanuel Makron ilə danışıqlardan sonra səsləndirib.

"Türkiyə Avropa İttifaqının qapısında 54 il gözlədi, Türkiyə xalqı ölkənin Aİ-yə daxil olmasına dair danışıqlardan çox yorulub. Ola bilsin ki, bizi müəyyən addımı atmağa məcbur edəcəklər, çünki Ankara ölkənin Aİ-yə daxil olmasını daim xahiş etmək fikrində deyil", - deyə "Anadolu" agentliyi Ərdoğanın sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi