Ərdoğan Trampın Türkiyəni ticarət güzəştlərindən məhrum etmək qərarını tənqid edib

Ərdoğan Trampın Türkiyəni ticarət güzəştlərindən məhrum etmək qərarını tənqid edib Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ağ ev rəhbəri Donald Trampın Ankaranı ticarət güzəştlərindən məhrum etmək barədə qərarını tənqid edib.
Region
7 Mart , 2019 01:50
Ərdoğan Trampın Türkiyəni ticarət güzəştlərindən məhrum etmək qərarını tənqid edib

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ağ ev rəhbəri Donald Trampın Ankaranı ticarət güzəştlərindən məhrum etmək barədə qərarını tənqid edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu 24 TV telekanalının efirində deyib.

"Türkiyə ABŞ-ın bu qərarı ilə əlaqədar olaraq hərtərəfli addımlar atacaq. Biz artıq buna vərdiş etmişik. Qoy heç kim bizi bu şəkildə tərbiyə etməsin", - deyə o bildirib.

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp Hindistan və Türkiyəni ABŞ ilə güzəştli ticarətdən məhrum etmək niyyətindədir. O bu qərarını Türkiyənin son 45 il ərzində inkişaf etməsi ilə əlaqələndirib.

Son xəbərlər

Orphus sistemi