Ərdoğan Suriya və İraqda Türkiyə və ABŞ-ın əməkdaşlıq edə biləcəyini bildirib

Ərdoğan Suriya və İraqda Türkiyə və ABŞ-ın əməkdaşlıq edə biləcəyini bildirib "Biz Suriya və İraqda reallaşdıra biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk"
Region
16 May , 2017 22:16
Ərdoğan Suriya və İraqda Türkiyə və ABŞ-ın əməkdaşlıq edə biləcəyini bildirib

Bakı. 16 may. REPORT.AZ/ Ankara və Vaşinqton Suriya və İraqda birgə fəaliyyət variantlarını nəzərdən keçirir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ evdə amerikalı həmkarı Donald Trampla görüşdə çıxışı zamanı bildirib.

"Biz Suriya və İraqda həyata keçirə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk", — deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri söhbətin hansı səylərdən getdiyini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi