Ərdoğan: "Suriya və İraqda teatrın başa çatmasını, maskaların yırtılmasını istəyirik"

Ərdoğan: "Suriya və İraqda teatrın başa çatmasını, maskaların yırtılmasını istəyirik" Türkiyə prezidenti terrorçulara qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb
Region
12 Aprel , 2018 13:24
Ərdoğan: Suriya və İraqda teatrın başa çatmasını, maskaların yırtılmasını istəyirik

Bakı. 12 aprel. REPORT.AZ/ “Afrində 4 123, İraqın şimalında 337, ölkə daxilində isə 337 terrorçunu zərərsizləşdirmişik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada tramvay xəttinin açılış mərasimində bildirib.

R.T.Ərdoğan terrorçulara qarşı mübarizəni davam etdirəcəklərini də vurğulayıb. 

"Kimyəvi silahdan istifadə edilməsi məsələsini və qətliamın qarşısının alınması məsələsini aprelin 11-də ABŞ Prezidenti Donald Trampla telefonla danışdım, aprelin 12-də isə Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. Hadisələr göstərdi ki, İŞİD-ə qarşı ən səmimi mübarizəni Türkiyə aparıb. Qalanları Suriyada İŞİD-ə qarşı mübarizə adı atlında öz hədəflərini həyata keçirməyə çalışıblar. Biz artıq Suriya və İraqda oynanılan teatrın başa çatmasını, maskaların yırtılmasını istəyirik. Qatil Əsəd rejimini və terrorçu PKK/YPG-PYD qruplaşmasını dəstəkləyənlər səhv edirlər", - Türkiyə Prezidenti qeyd edib.

Son xəbərlər

Orphus sistemi