Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında görüş olub.
"Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Danışıqlar Türkiyənin kurort şəhəri Antalyada keçirilən II Diplomatik Forum çərçivəsində aparılıb.
Bağlı qapılar arxasında keçirilən görüş 35 dəqiqə davam edib.
Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik iştirak ediblər.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu (ADF) Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.