Ərdoğan: “Srebrenitsadakı faciəli hadisələr bəşəriyyət tarixində qara ləkədir”

Ərdoğan: “Srebrenitsadakı faciəli hadisələr bəşəriyyət tarixində qara ləkədir” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il əvvəl Bosniya və Herseqovinada törədilən Srebrenitsada faciəli hadisələri bəşəriyyət tarixindəki qara ləkə adlandırıb.
Region
11 iyul 2023 09:13
Ərdoğan: “Srebrenitsadakı faciəli hadisələr bəşəriyyət tarixində qara ləkədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il əvvəl Bosniya və Herseqovinada törədilən Srebrenitsada faciəli hadisələri bəşəriyyətin tarixində qara ləkə adlandırıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bəşəriyyət tarixinə qara ləkə kimi düşən Srebrenitsa soyqırımının 28-ci ildönümündə ölənlərin ailələrinə və yaxınlarına, bütün bosniyalı qardaşlara dərin hüznlə başsağlığı verirəm. Biz Srebrenitsa hadisələrini unutmayacağıq və unutmağa imkan verməyəcəyik ki, belə vəhşiliklər bir daha təkrarlanmasın”, - Türkiyə liderinin sosial şəbəkədəki paylaşımında qeyd edilib.

Bosniya və Herseqovina sakinləri hər il iyulun 11-də Srebrenitsa şəhərində 1995-ci ildə öldürülən 8 mindən çox müsəlmanın xatirəsini yad edirlər. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük humanitar fəlakət hesab olunur.

Son xəbərlər

Orphus sistemi