Ərdoğan: “Sosial şəbəkələr demokratiya üçün təhlükə mənbələrindən birinə çevrilib”

Ərdoğan: “Sosial şəbəkələr demokratiya üçün təhlükə mənbələrindən birinə çevrilib” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əvvəlcə azadlıq simvolu sayılan sosial şəbəkələr zaman keçdikcə demokratiya üçün əsas təhlükələrdən birinə çevrilib.
Region
208
11 Dekabr , 2021 20:24
Ərdoğan: “Sosial şəbəkələr demokratiya üçün təhlükə mənbələrindən birinə çevrilib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əvvəlcə azadlıq simvolu sayılan sosial şəbəkələr zaman keçdikcə demokratiya üçün əsas təhlükələrdən birinə çevrilib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

"Əvvəlcə azadlıq simvolu adlandırılan sosial şəbəkələr bugünkü demokratiyanın əsas təhdid mənbələrindən birinə çevrilib. Sosial şəbəkələrə marağın artması ilə yalan və dezinformasiya axını da artır. Bu problem ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyindən kənara çıxaraq qlobal təhdid miqyasına çatıb”, - Ərdoğan İstanbulda informasiya texnologiyaları üzrə konfransın iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti dəqiq və qərəzsiz məlumat almaq hüququnu pozmadan vətəndaşları, xüsusən cəmiyyətin həssas təbəqələrini yalan və dezinformasiyadan qorumağa çalışır.

Son xəbərlər

Orphus sistemi