Türkiyə prezidenti Moskvaya yola düşdü

Türkiyə prezidenti Moskvaya yola düşdü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedib.
Region
206
5 Mart , 2020 12:20
Türkiyə prezidenti Moskvaya yola düşdü
AA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedib. 

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, onu Esenboğa hava limanından vitse-prezident Fuat Oktay, Ankara valisi Vasip Şahin, polis rəisi Servet Yılmaz və başqa rəsmilər yola salıb.

Ərdoğanı bu səfərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Maliyyə naziri Berat Albayrak, MİT başçısı Hakan Fidan, Kommunikasiya naziri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü (AKP) Ömər Çelik, baş katibin müavini Mahir Ünal müşayiət edir.

Qeyd edək ki, martın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq

Son xəbərlər

Orphus sistemi