Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon vasitəsi ilə rusiyalı həmkarı Vladimir Putini Rusiyanın Ankaradakı səfirinə hücum barədə məlumatlandırıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.
"Prezident Ərdoğan Putinə zəng edib və onu hücum barədə məlumatlandırıb", - deyə Kalın bildirib.