Bakı. 14 fevral. REPORT.AZ/ Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriya məsələsinə dair üçtərəfli görüş başlayıb.
“Report” “Thmhaber”ə istinadən xəbər verir ki, prezidentlər Suriyadakı vəziyyətdən, mövcud vəziyyətin ağırlığından, terrora qarşı birgə mübarizədən, suriyalılar arasında dialoqdan, təhlükəsizlik bölgəsinin yaradılmasından danışıblar.
Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriya məsələsinə dair üçtərəfli 4-cü görüş keçirlir.