Ərdoğan: "PKK-nın İraqda varlığına son qoyulmalıdır"

Ərdoğan: "PKK-nın İraqda varlığına son qoyulmalıdır" "PKK-nın İraqda varlığına son qoyulmalıdır".
Region
10 Yanvar , 2023 21:41
Ərdoğan: PKK-nın İraqda varlığına son qoyulmalıdır

"PKK-nın İraqda varlığına son qoyulmalıdır".

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı deyib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.

Söhbət zamanı Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib. Ərdoğan ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə bütün sahələrdə daha da güclənəcəyinə inandığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi