Ərdoğan NATO-nu Türkiyəyə təhlükə yaradan terrorçulara qarşı mübarizə aparmamaqda ittiham edib

Ərdoğan NATO-nu Türkiyəyə təhlükə yaradan terrorçulara qarşı mübarizə aparmamaqda ittiham edib Türkiyə prezidenti: "İndiyədək bu istiqamətdə bir addım atdınızmı?"
Region
16 Yanvar , 2018 13:49
Ərdoğan NATO-nu Türkiyəyə təhlükə yaradan terrorçulara qarşı mübarizə aparmamaqda ittiham edib
AA/İslam Yakut

Bakı. 16 yanvar. REPORT.AZ/ “Ey, NATO, siz müttəfiqlərinizdən birinin sərhədinə təcavüz edənlərə qarşı mübarizə aparmağa borclusunuz”.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Dövlət başçısı NATO-nu ciddi tənqid edib: “NATO-ya bir iradım var. Müttəfiqlərinizdən birinin sərhədinə istənilən şəkildə təcavüz edilməsinə qarşı çıxmaq sizin borcunuzdur. İndiyədək bu istiqamətdə bir addım atdınızmı? Bunu onlara demişik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məsələni NATO-da müzakirə edəcək. Ötən il İraqda oynanılan oyunu pozduq, Suriyada oynan oyunun ürəyinə xəncər sapladıq. Qısa zaman ərzində Afrin və Münbiçdən başlayaraq, Suriyadakı terror yuvaların bir-bir yox edəcəyik. Buna nə müttəfiqimiz kimi görünüb, bizi kürəyimizdən vuranlar, nə də siyasətçi kimi görünən marginallar mane ola bilərlər”. 

R.T.Ərdoğan vurğulayıb ki, Afrin və Münbiçdə terrorçulara qarşı əməliyyatları Suriyadakı müxalif qüvvələrlə birlikdə keçirəcəklər: “Təbii ki, əməliyyatları Suriyadakı müxalif qüvvələrlə birgə keçirəcəyik. Çünki bu mücadilə onlar üçün verilir. Biz onlara, həmin qardaşlarımıza öz torpaqlarına sahib çıxmaları üçün yardım edirik”.

Son xəbərlər

Orphus sistemi