Ərdoğan Monteneqro Prezidenti ilə görüşüb

Ərdoğan Monteneqro Prezidenti ilə görüşüb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqroya səfər edib.
Region
121
28 Avqust , 2021 16:43
Ərdoğan Monteneqro Prezidenti ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqroya səfər edib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Tərəflər birgə mətbuat konfransı keçiriblər.

“Monteneqronun NATO-ya üzv kimi daxil olmasına güclü dəstək vermişik. Bu ölkənin Avropa İttifaqına da üzv olmasının sülh və rifaha töhfə verəcəyinə səmimiyyətlə inanırıq. Türkiyə həmçinin Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Görüşdə ikitərəfli münasibətlərimizi daha da irəliyə aparmaqla bağlı qərar verdik. Türkiyə Monteneqroya yatırım edən ilk 10 ölkə arasındadır. 250 milyon dollarlıq bir hədəf də qoymuşuq. Müzakirələrdə həmçinin Balkanları və ölkələrimizi maraqlandıran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - Ərdoğan söyləyib.

Son xəbərlər

Orphus sistemi