Ərdoğan: “Məqsədimiz bir il ərzində zəlzələdən ziyan görmüş şəhərlərimizi normal həyata qaytarmaqdır”.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada inşa edilən tikililərin açarlarını vətəndaşlara təqdim edərkən deyib.
Türkiyə lideri qeyd edib ki, zəlzələ bölgəsində ümumilikdə 650 min mənzil inşa ediləcək, onlardan 319 mininin 1 il ərzində təhvil edilməsi gözlənilir.