Ərdoğan: “Layihələrimizin yarımçıq qalmaması üçün 28 may tarixi çox vacibdir”

Ərdoğan: “Layihələrimizin yarımçıq qalmaması üçün 28 may tarixi çox vacibdir” “Layihələrimizin yarımçıq qalmaması üçün 28 may tarixi çox vacibdir”.
Region
23 May , 2023 17:14
Ərdoğan: “Layihələrimizin yarımçıq qalmaması üçün 28 may tarixi çox vacibdir”

“Layihələrimizin yarımçıq qalmaması üçün 28 may tarixi çox vacibdir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı deyib.

O, vətəndaşları səsverməyə çağırıb: "Arxayınlaşmaq olmaz. Əksinə, səslərimizə sahib çıxacağıq. Mən Malatyaya inanıram!".

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Son xəbərlər

Orphus sistemi