Ərdoğan koronavirusla bağlı son durumdan danışdı

Ərdoğan koronavirusla bağlı son durumdan danışdı Koronavirus pandemiyasından əziyyət çəkən xəstələrin Türkiyədə müalicəsi üçün bütün avadanlığımız və tibb heyətimiz var. Bu sahədə heç bir əksiyimiz yoxdur.
Region
13 Aprel , 2020 20:17
Ərdoğan koronavirusla bağlı son durumdan danışdı

"Koronavirus pandemiyasından əziyyət çəkən xəstələrin Türkiyədə müalicəsi üçün bütün avadanlığımız və tibb heyətimiz var. Bu sahədə heç bir əksiyimiz yoxdur".

“Report” xəbər verir ki, bunu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı xatırladıb ki, bu günə qədər 32 milyon vətəndaşa pulsuz maska paylanılıb:

“Bu rəqəm həftənin 4-cü gününə qədər 39 milyona çatacaq”.

O həmçinin qeyd edib ki, bu günə qədər ölkədə aparılan testlərin sayı 410 mindən artıqdır: “Şükürlər olsun ki, yoluxma faktları aşağı düşüb. Eyni zamanda ölüm sayının aşağı olması baxımından da ön sıralardayıq. Bu günə qədər sağalaraq evə buraxılan xəstələrin sayı 5 000-ə yaxınlaşıb”.

Son xəbərlər

Orphus sistemi