Ərdoğan: "Bizi diz çökdürmək istəyənlərə bunun mümkün olmadığını göstərdik"

Ərdoğan: "Bizi diz çökdürmək istəyənlərə bunun mümkün olmadığını göstərdik" “Sərhədlərimiz boyunca yaratmağa çalışılan terror dəhlizi ilə bizi diz çökdürəcəklərini düşünənlərə atdığımız addımlarla bunun mümkün olmadığını göstərdik”.
Region
10 Aprel , 2019 17:09
Ərdoğan: Bizi diz çökdürmək istəyənlərə bunun mümkün olmadığını göstərdik

“Sərhədlərimiz boyunca yaratmağa çalışılan terror dəhlizi ilə bizi diz çökdürəcəklərini düşünənlərə atdığımız addımlarla bunun mümkün olmadığını göstərdik”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gölbaşı Xüsusi Təyinatlı Polis Təşkilatının yaradılmasının 174-cü ildönümü və Xüsusi Təyinatlı Polis Təşkilatının yeni binasının açılışı tədbirindəki çıxışında bildirib.

“Hazırda həbsxanalarda 30 559 FETÖ-çü var. Onlardan 20 226-sı barədə hökm çıxarılıb, 10 333-ü isə istintaq altında saxlanılır. İndiyədək polis sıralarından xaric edilənlərin sayı 31 mindən çoxdur. Ordu sıralarından xaric edilənlərin sayı 15 mini, məhkəmə sistemindən isə uzaqlaşdırılanların sayı 4 mini keçib”, - Türkiyə Prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi