Ərdoğan “Hayır” deyənlərin çadırına baş çəkib

Ərdoğan “Hayır” deyənlərin çadırına baş çəkib Türkiyə prezidenti onlarla 15 dəqiqə söhbət edib
Region
28 Mart , 2017 15:40
Ərdoğan “Hayır” deyənlərin çadırına baş çəkib
cnnturk.com

Bakı. 28 mart. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı keçiriləcək referendumun əleyhinə olanların - “Xeyr”çilərin (“Hayır”) çadırına gedib.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, dövlət başçısı günorta saatlarında Atatürk hava limanına gedərəkən, yolüstü referendumdakı dəyişikliklərə “Bəli” (“Evet”) deyənlərin çadırına da baş çəkib.

Qeyd edək ki, Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum bu il aprelin 16-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi