Ərdoğan: “Fransa prezidenti qəribə fikirlər səsləndirir”

Ərdoğan: “Fransa prezidenti qəribə fikirlər səsləndirir” Bakı. 30 mart. REPORT.AZ/ “Fransanın son zamanlar tutduğu mövqeyi yalnış hesab edirik və bundan dərin təəssüf hissi keçiririk. Fransa Prezidenti Emmanuel Makronla ötən həftə telefon danışığımız olub. Danışıq zamanı hiss etdim ki, qəribə fikirlər səsləndirir”.
Region
119
30 Mart , 2018 13:39
Ərdoğan: “Fransa prezidenti qəribə fikirlər səsləndirir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/Umit Bektas

Bakı. 30 mart. REPORT.AZ/ “Fransanın son zamanlar tutduğu mövqeyi yalnış hesab edirik və bundan dərin təəssüf hissi keçiririk. Fransa Prezidenti Emmanuel Makronla ötən həftə telefon danışığımız olub. Danışıq zamanı hiss etdim ki, qəribə fikirlər səsləndirir”.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, heç kim Türkiyə Silahlı Qüvvələrini razılıq vermədiyi hər hansı bir mövzunu müzakirə etmək üçün danışıqlar masası arxasında oturda bilməz: “Terror təşkilatı nümayəndələrini ən yüksək səviyyədə qəbul edənlər bunun Türkiyəyə qarşı düşmənçilikdən başqa bir anlama gəlmədiyini bilməlidirlər. Həmin terrorçu qrup bu gün bizim təhlükəsizlik qüvvələrimizə hücum ediblər. Nəticədə 6 nəfər şəhid olub, 7 nəfər isə yaralanıb.

Ey Qərb, SDQ dediyiniz Suriya Demokratik Qüvvələri bu gün bizim təhlükəsizlik qüvvələrimizə hücum edən terror təşkilatı ilə eynidir. Bunlarla bizi aldatmağa çalışırsınız. Lakin biz onların mahiyyətini bilirik. Bunları bizə qəbul etdirə bilməzsiniz. Onların bir adı var, onu da rəsmi olaraq ictimaiyyət arasında söyləyə bilmərəm. Əgər ikimiz olsaq deyə bilərəm. Deyirlər ki, YPG-yə dəstək sözü vermişik. Bunların söylədiyi sözə bax. Əgər "Suriya Demokratik Qüvvələri ilə Türkiyə arasında vasitəçi olmağa hazırıq" fikri doğrudursa, onu söyləyən həddini aşıb“.  

Son xəbərlər

Orphus sistemi