​Ərdoğan: "Ermənistanda özləri çalıb, özləri də oynayacaq"

​Ərdoğan: "Ermənistanda özləri çalıb, özləri də oynayacaq" "Biz aprelin 23-də İstanbulda dünya barışından danışacağıq"
Region
22 Aprel , 2015 17:34
​Ərdoğan: Ermənistanda özləri çalıb, özləri də oynayacaq

Bakı. 22 aprel. REPORT.AZ/ "Aprelin 24-də Ermənistanda bir araya gəlib nə edəcəklər? Özləri çalıb, özləri də oynayacaqlar".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq prezidenti Fuad Məsumla Ankarada Prezident Sarayında keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Aprelin 24-də Ermənistanda özləri çalıb, özləri də oynayacaq, danışacaqlar, Türkiyəni təhqir edəcəklər. Aprelin 24-də Türkiyədə isə biz Çanaqqalada bir yerə toplaşacağıq, gündəliyimizdə Ermənistan yoxdur. Aprelin 23-də isə İstanbulda biz dünya barışından danışacağıq. Bizim onlardan fərqimiz budur", - o vurğulayıb.

Onun sözlərinə görə, aprelin 24-də Türkiyəyə Çanaqqala Zəfərinin 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə yüzə yaxın dövlətin prezidenti, baş naziri, nazirləri, səfirləri iştirak edəcək. 

Xatırladaq ki, İraq prezidenti Fuad Məsum bu gün Türkiyəyə rəsmi səfər edib.

Son xəbərlər

Orphus sistemi