Ərdoğan: "Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır"

Ərdoğan: "Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır" Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfər edib.
Region
8 Oktyabr , 2020 11:09
Ərdoğan: Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır
Rəcəb Tayyib Ərdoğan

“Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları azad edir”.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz azərbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməkdə davam edəcəyik. Ermənistan aldığı zərbədən sarsıldığına, məğlubiyyət nəticəsində qapıldığı ümidsiziliyə görə münaqişədə Türkiyənin də adını hallandırır”, - Türkiyə Prezidenti bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfər edib.

Son xəbərlər

Orphus sistemi