Ərdoğan: “Bu ədalətsiz nizamın daha çox davam etməsi mümkün deyil”

Ərdoğan: “Bu ədalətsiz nizamın daha çox davam etməsi mümkün deyil” “Bəşər tarixinin ən keşməkeşli dönəmlərindən birinə şahidlik edirik”.
Region
300
25 Avqust , 2021 11:15
Ərdoğan: “Bu ədalətsiz nizamın daha çox davam etməsi mümkün deyil”
Rəcəb Tayyib Ərdoğan

“Bəşər tarixinin ən keşməkeşli dönəmlərindən birinə şahidlik edirik”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun toplantısına göndərdiyi videomesajda söyləyib.

“Dünya gündəmini daim məşğul edən təhlükəsizlik problemləri, terror fəaliyyətləri, yoluxucu xəstəliklər darıxdığımız dinclik şəraitinin tam olaraq bərqərar olmasına icazə vermir. Bütün bəşəriyyəti təhdid edən bu problemlər təəssüf ki, ən çox İslam coğrafiyasında dərin izlər buraxır. Suriyadan Əfqanıstana qədər geniş coğrafiyada toqquşmalarla, miqrasiya ilə, yoxsulluq və xəstəliklərlə mübarizə aparan müsəlmanlar bir tərəfdən də xüsusilə Qərb toplumunda yüksələn İslam düşmənliyi və irqçiliklə mübarizə aparmaq məcburiyyətində qalırlar”, - o bildirib.

“Bu ədalətsiz nizamın daha çox davam etməsi mümkün deyil”, - Türkiyə Prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi