“Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılması məsələsində qətiyyətlə hərəkət edəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb ki, Türkiyə Suriyanın şimalınn ölkəsinin torpaqlarına mütəmadi hücumlara səssiz qala bilməz.
“Ölkəm terror təhlükəsi altındadır. Biz heç kimdən icazə istəməyəcəyik”, - Ərdoğan söyləyib.
Onun sözlərinə görə, bu mövzu Rusiya ilə də müzakirə olunub.