Ərdoğan Almaniyanın Türkiyə əleyhinə bəyanatlarını nasizmlə müqayisə edib

Ərdoğan Almaniyanın Türkiyə əleyhinə bəyanatlarını nasizmlə müqayisə edib Bu, alman deputatların Türkiyə-Aİ danışıqlarını dayandırmaq səylərinə cavab olub
Region
7 Sentyabr , 2017 04:18
Ərdoğan Almaniyanın Türkiyə əleyhinə bəyanatlarını nasizmlə müqayisə edib
AFP

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Türkiyə əleyhinə bəyanatlarını nasizmlə müqayisə edib.

"Report" xəbər verir ki, bu barədə "BREAKING VOP" nəşri məlumat yayıb.

Ərdoğanın sözləri alman deputatların Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırmaq üçün göstərdikləri səylərə cavab olub.

"Mən bu hadisəni izah edirəm. Bu hadisə nasizmdir. Bu, faşizmdir", - deyə Ərdoğan bildirib.

O, eyni zamanda Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı mövqeyini "ikiüzlülük və siyasi əxlaqsızlıq" adlandırıb və qurumu dəqiq qərar qəbul etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi