Ərdoğan: “Avropa İttifaqı miqrantlarla bağlı öhdəliklərə əməl etməlidir”

Ərdoğan: “Avropa İttifaqı miqrantlarla bağlı öhdəliklərə əməl etməlidir” “Avropa İttifaqı miqrantlarla bağlı beynəlxalq öhdəliklərə əməl etməlidir”.
Region
7 mart 2020 07:35
Ərdoğan: “Avropa İttifaqı miqrantlarla bağlı öhdəliklərə əməl etməlidir”

“Avropa İttifaqı miqrantlarla bağlı beynəlxalq öhdəliklərə əməl etməlidir”.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Avropa İttifaqına sədrlik edən Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə telefon söhbəti zamanı deyib.

Türkiyə dövlət başçısı Avropa İttifaqının xarici sərhədlərinə gələn qaçqınlara lazımi müdafiəni təmin etməli olduğunu söyləyib.

Tərəflər qaçqın problemindən əlavə, Suriyanın İdlib bölgəsindəki vəziyyəti də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi