Ərdoğan ABŞ prezidenti ilə görüşəcəyi tarixi açıqlayıb

Ərdoğan ABŞ prezidenti ilə görüşəcəyi tarixi açıqlayıb Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədəki, xüsusilə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur
Region
20 aprel 2017 15:26
Ərdoğan ABŞ prezidenti ilə görüşəcəyi tarixi açıqlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ "ABŞ Prezidenti Donald Trampla mayın 16-17-də görüşəcəyəm". 

"Report" NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Qeyd edək ki, Türkiyə prezidenti ABŞ-a səfərinin Ramazan ayından və mayın 24-25-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısından əvvəl gerçəkləşəcəyini söyləmişdi. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədəki, xüsusilə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi