Ərdoğan: “ABŞ İŞİD-ə çoxlu dollar verib və bu qruplaşma vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik”

Ərdoğan: “ABŞ İŞİD-ə çoxlu dollar verib və bu qruplaşma vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik” Türkiyə prezidenti: "ABŞ həmişə razılaşmaları pozur”
Region
17 Noyabr , 2017 14:02
Ərdoğan: “ABŞ İŞİD-ə çoxlu dollar verib və bu qruplaşma vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Umit Bektas

Bakı. 17 noyabr. REPORT.AZ/ “İŞİD-ə çoxlu dollar vermisiniz”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirlimiş toplantısında bildirib.

O qeyd edib ki, ortada çox sadə formada cavablandırılacaq suallar var: "Amma ABŞ bununla dalana dirənib. Raqqa, Mümbiç, Deyirzor bu məsələlərə daxildir. Dedik ki, gəlin, bu işləri birlikdə həll edək. Narahat olmayın demələrinə, ABŞ-ın keçmiş prezidenti Barak Obmanın dəfələrlə söz verməsinə baxmayaraq, verdikləri vədə əməl etmədilər. YPG-nin (terrorçu PKK-nın Suriyadakı qolu – “Report”) terror təşkilatı olduğunu söylədik. Dedilər ki, artıq onlarla deyil SDG (YPG və PYD-dən ibarət Suriya Demokratik Gücləri – “Report”) ilə əməkdaşlıq edirik. Vətəndaşım məndən İŞİD-ə qarşı mübarizəni soruşur. Siz nə etdiniz? Siz 12 min kilometr uzaqlıqdan Suriyaya niyə gəlmisiniz? Adama bu sual verilməzmi? İŞİD-ə çoxlu dollar vermisiniz. Mənim hərbçilərim Azad Suriya Ordusu ilə birlikdə qəhrəmanca mübarizə apardı, 2 min kv. km-lik ərazinin İŞİD-dən təmizlədi".

Türkiyə prezidenti deyib ki, əvvəllər də kimin harada nə etdiyi haqqında geniş məlumata malik olublar: "ABŞ-ın bu qruplaşmalar vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik. İttifaq başqa bir şey, müttəfiqliyə sığmayacaq hərkətləri etmək də tam başqa bir məsələdir. Biz Afrində ABŞ-la brigə hərəkət etməyəcəyik. ABŞ həmişə razılaşmaları pozur”. 

Son xəbərlər

Orphus sistemi