Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz"

Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" "2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz".
Region
27 Noyabr , 2022 19:15
Ərdoğan: 2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz

"2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışında deyib.

“Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik. Evdən, küçədən, seçki qutusundan və məhəllədən möhkəm yapışsaq, 2023-cü il seçkilərində tariximizin ən böyük zəfərini qazanmağımıza heç kim mane ola bilməz”, - Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, Türkiyənin sərhədləri xaricində öz təhlükəsizliyi üçün təyin etdiyi ərazilərdə hər cür sərəncam hüququ var:

"Bu hüquqdan istifadə etməyimizə heç kim mane ola bilməz".

Son xəbərlər

Orphus sistemi