Əminə Cabbarova Ukrayna xarici işlər nazirinin birinci müavini təyin edildi

Əminə Cabbarova Ukrayna xarici işlər nazirinin birinci müavini təyin edildi Əminə Cabbarova Ukraynanın Xarici İşlər nazirinin birinci müavini təyin edilib. O, bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.
Region
10 İyun , 2020 15:38
Əminə Cabbarova Ukrayna xarici işlər nazirinin birinci müavini təyin edildi

Əminə Cabbarova Ukraynanın Xarici İşlər nazirinin birinci müavini təyin edilib. O, bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

“Report” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba “Facebook” səhifəsində bildirib.

“Komandamıza güclü oyunçu qoşulub. Əminə bu istiqamətlər üzrə cavabdeh olacaq: ictimai diplomatiya, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım. Bununla belə, birinci müavin olmaq, sözsüz, daha böyük şeydir və diplomatik həyatın özü əlavə məsələləri qarşıya çıxardır”, - o qeyd edib. 

Qeyd edək ki, 37 yaşlı Əminə Cabbarova 4 il İnformasiya Siyasəti Nazirliyində çalışıb. O, ötən ilin payızında işdən çıxıb. Ə.Cabbarova 2014-cü ildən “Azadlıq Radiosu”na bağlı “Krım.Realii” saytında videoredaktor və baş redaktorun köməkçisi vəzifəsində işləyib. Həmçinin 2011-ci ildən 2014-cü ilədək ATR telekanalında müəllif, aparıcı və bəzi proqramların redaktoru olub.  

Əminə Cabbarova
Əminə Cabbarova

Son xəbərlər

Orphus sistemi